Kuveytdə beş nəfər İŞİD-lə əməkdaşlığa görə həbsə məhkum edilib

Kuveyt məhkəməsi beş nəfəri İŞİD-ə 1.300.000 dollar yardım vəsaiti toplamaqda təqsirli bilinərək 10 il həbs cəzasına məhkum ediliblər.
Maide.az xəbər verir ki, məhkəmə bu hökmü bazar ertəsi günü çıxarıb.
Məhkumlardan üçü Küveyt, iki nəfəri isə xarici ölkə vətəndaşlarıdırlar. Onlar həbs müddətini tamamladıqdan sonra ölkədən çıxarılacaqlar.
Bildirilir ki, bu şəxslər Küveytdə vəsait toplayaraq Suriyada və İraqda döyüşən İŞİD terroristlərinə göndərməklə məşğul olurmuşlar.
Küveyt məhkəmələri 2015-ci ildən etibarən İŞİD tərəfdarı olan Küveyt qruplarına qarşı hökm çıxarmağa başlayıb.
Bu ilin sentyabr ayında 7 nəfər Küveyt şəhərindəki şiələrin məscidində bomba partlatmaq üçün Ərəbistan vətəndaşına yardım etməkdə günahkar bilinərək ölüm cəzasına məhkum olunublar.
26 iyunda baş verən həmin terror aktında məsciddə namaz qılan 27 nəfər həlak olmuş, 227 nəfər isə yaralanmışdılar.
Cinayətə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb./

Google+ WhatsApp ok.ru