Las Veqas qatilini niyə terrorçu adlandırmırlar? - Müsəlman olsaydı...

Las Veqas qatilini niyə terrorçu adlandırmırlar? - Müsəlman olsaydı...

Las Veqasda 59 insanın ölümünə səbəb olan Stiven Paddokun terrorist adlandırılmadığı sosial şəbəkələrdə böyük mübahisələrə səbəb olub.
 
BBC-nin məlumatına görə, Faciə baş verdikdən sonra başlıca KİV orqanları Paddoku "tənha canavar", "baba" "oyunçu" "sabiq mühasib" kimi adlarla verdilər. Lakin bu adlar içində qətiyyən terrorist damğası yoxdur. Onun heç bir terroris təşkilatla əlaqəsi aşkarlanmadı, amma hansısa psixi xəstəlikdən əziyyət çəkdiyi güman edilir.  
 
Elə hadisə baş verən kimi sosial şəbəkələrdəı mübahisələr qızışdı. Onlar bildirdilər ki, əgər Paddok müsəlman olsaydı mütləq terrorist adlanardı. Bu qətiyyən müzakirə obyekti olmazdı. Nevada ştatının qanunvericiliyinə əsasən terrorist o şəxs adlanir ki, bir sıra fəaliyyətləri ilə insanların xəsarət almasına və ölümünə səbəb olsun.Federal  ABŞ qanunvericiliyində isə terrorist insan həyatına təhlüükə yaradan, ştatın və ya ölkənin qanunlarını pozan, hər hansı bir vətəndaşı və ya hakimiyyət nümayəndəsini hədələyən və ya nəyəsə məcbur edən şəxslər adlanır. 
 
 
Sosial şəbəkələr isə məhz bunun üstündə kökləndi: Əgər bu adam müsəlman olsaydı?
 
Hadisə baş verən zaman Nevada ştatının polis şerifi(rəis) onu "Tənha canavar" adlandırdı. Sosial şənbəkənin statistikasına baxdıqda isə görürürk bu müraciət 200 dəfə, terrorist sözü isə 170 dəfə səsləndirilib. 
 
İndoneziyalı bir istifadəçi isə onun terrorist adlandırlmamasını simasının qətiyyən ərəblərə bənzəmədiyinə görə olduğunu yazıb. Daha bir sosial şəbəkə istifadəçisi Mahmud Əl Avadi belə yazır: "Hər dəfə kütləvi bir qırğından və hansısa bir müsəlmanın terrorçu adlanmasından sonra həyat yoldaşım təhlükə qarşısında qalır, çünki o hicab bağlayır, oğlum məktəbdə hücuma məruz qalır,  çünki adı Məhəmmədir. Qızımla haqsız davranırlar, çünki o ərəbcə danışır. Lakin terrorist xristian olduqda ona ruhi xəstə adı qoyulur və hər şey normal qəbul edilir"
 
Qərb isə ikili standartına belə don geyindirdi: Terrorist oz ideologiyası uğrunda kütləvi şəkildə insanları qıran şəxsdir. Bəs sual olunur Paddok nə istəyirdi? Təbii ki, onlar mütləq buna da cavab tapacaqlar... (islaminsesi)
 

Google+ WhatsApp ok.ru