Liberiyada 26 uşaq mədrəsədə yanğın zamanı həyatını itirib 19 Sentyabr 2019 15:19 Dünya Liberiyanın paytaxtı Monrovianın kənarındakı mədrəsələrdən birində geniş miqyaslı yanğın baş verib. Maide.Az "islam-today" saytına istinadla xəbər verir ki, yanğın zamanı 26 tələbə və 2 müəllim olmaqla 28 nəfər həyatını itirib. France Presse ölkə prezidentinin rəsmi nümayəndəsi Solo Kelgbehaya istinad edərək bildirir ki, faciəyənin səbəbi hələlik məlum deyil. Dövlət başçısı Corc Vea da hadisə yerində olub. Biz hələ yanğının səbəblərini bilmirik, lakin lazımı istintaq aparılacaq" deyərək, həmçinin, həlak olanların ailələrinə başsağlığı verib. Bəzi məlumatlara görə, yanğın mədrəsənin özündə deyil, məscidə bitişik yataqxanada baş verib. Yalnız bir müəllim və iki tələbə sağ qala bilib. Qeyd olunur ki, mədrəsə şagirdlərinin yaşı 10 ilə 20 arasında dəyişir. Teqlər : #Liberiyada,#uşaq,#mədrəsədə,#yanğın,#zamanı,#həyatını,#itirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Hüseyn kimdir? ’in könüllüləri Honqkonqda evsiz və kimsəsizlərə yardım etdi - FOTO ÜST: Dünyada hər 11 saniyədə bir hamilə qadın və ya yeni doğulan körpə ölür
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO