Livanın baş naziri Diyab: Livan dostlarına ən çox ehtiyac duyduğu bir dövrdən keçir

Livanın baş naziri Diyab: Livan dostlarına ən çox ehtiyac duyduğu bir dövrdən keçir

Livanın Baş naziri Həsən Diyab xarici diplomatlar və Livandakı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşərək hökumətin ölkəni iqtisadi böhrandan qurtarmaq planını açıqlayıb.

 
Maide.Az xəbər verir ki, hökümət tərəfindən açıqlanan planın, Livanı məhsuldar bir iqtisadiyyatla yeni inkişafa aparmaq və gələcəkdə ölkəni mümkün zərbələrdən qorumaq məqsədi daşıdığını söyləyən Diyab, Livanın çətin və dostlarına ehtiyac duyduğu bir dövrü keçirdiyini deyib.
 
Planın hökumət tərəfindən təsdiqlənməsindən sonra Beynəlxalq Valyuta Fondundan (BVF) kömək istədiklərini bildirən Diyab, Livanın hazırda banklardakı depozitlərə çıxış əldə edə bilməmələrinə və qara bazarda yerli valyutaya qarşı dolların qalxması ilə mübarizə apardıqlarına diqqət çəkib.
 
Hökümətin yardım planı ilə iqtisadi vəziyyətə aydınlıq gətirdiyini və bir çox beynəlxalq maliyyə qurumları tərəfindən təqdir olunduğunu söyləyən Diyab, plana çoxdan gözlənilən konfiqurasiya və maliyyə islahatları, habelə son inkişaflar fonunda yetişən təkliflərin daxil olduğunu söyləyib.
 
Müxtəlif dinlərə və məzhəblərə söykənən siyasi fərqliliklər baxımından çox kövrək quruluşa sahib olan Livan iqtisadiyyatının 1975-1990-cı illərdə vətəndaş müharibəsindən bəri ən böyük böhran yaşadığı bildirilir.
 
Ölkədən kapitalın çıxışına qarşı sərt addımlar atan banklar aylardır xarici köçürmələri dayandırıb və müştərilərin hesablarına xarici valyuta çıxarmalarına məhdudiyyət qoyub.
 
Mərkəzi Bank məzənnəni sabit saxlasa da, yerli valyuta olan Livan lirəsi qara bazarda hər gün dəyər itirməyə davam edir. ABŞ dollarının rəsmi məzənnə ilə 1500 Livan lirəsi olmasına baxmayaraq, qara bazarda 4 min lirədən çox satılır.
 
Livan hökuməti ölkədəki pisləşən iqtisadi vəziyyətin düzəldilməsi üçün aprelin 29-da təqdim olunan "iqtisadi bərpa planını" yekdilliklə təsdiqləyib.
 

Google+ WhatsApp ok.ru