İlk ümrə karvanı Qüdsə çatıb

Ümrə turu çərçivəsində müsəlmanların ilk qibləsi Məscidi Əqsanı da ziyarət edəcək karvan, Qüds proqramına başlayıb. Boyunlarına "Qüds 1-ci tur" şərfləri asan umrəçilər həyacanlı olduqlarını bildirirlər. 
 
Maide.az xəbər verir ki, Türkiyədən 155 nəfərin iştirak etdiyi ilk ümrə karvanının qrup rəhbəri Salman Aktürkoğlu açıqlamasında Qüdsü ziyarətdən duyduğu həyəcanı dilə gətirərək, "Məscidi Əqsaya ayaq basdığım andan etibarən Səlahəddin Eyyubinin şəhəri xaçlılardan təslim aldığı gözümün önünə gəldi. Sevincləri və kədərləri bərabər yaşadıq. Qüds bir tarixdir və gözəl bir şəhərdir. Tarixini sizə yaşadan və hiss etdirən şəhər", - deyib.
 
Tur çərçivəsində 3 gün Qüds, 7 gün Məkkə, 4 gün Mədinədə olmaq üzrə 14 gün səkəcək səfərdə Məscidi Əqsanın içində olan Qüdsdə İbrahim, İshaq, Yaqub və Davud peyğəmbərlər ilə Salman Farsinin qəbirləri ziyarət ediləcək.

Google+ WhatsApp ok.ru