Londonda ara qarışdı: dükanlar qarət olunur, maşınlar yandırılır-VİDEO 29 İyul 2017 01:00 Dünya Britaniyanın paytaxtı Londonun şərqində dünən yüzlərlə maskalı şəxs hərəkətin gur olduğu Kinqslend-roud küçəsində etiraz aksiyası keçirib. Onlar yolu bağlayıblar, polisə daş və "Molotov kokteyl"ləri atıblar. "Daily Mail" bildirir ki, iğtişaşların səbəbi 20 yaşlı qaradərili Raşan Çarlzın ölümüdür. Ötən həftə R.Çarlzı polislər təqib etmişdilər. Avtomobilindən çıxıb qaçan R.Çarlz yol kənarındakı dükana girmiş və naməlum bükülünü udmuşdu. Polis bu bükülünün narkotik maddə olduğunu ehtimal edir. Xəstəxanaya aparılmış R.Çarlz orada keçinmişdi. Dünən axşam saatlarında Hakni, Midllton-roud küçələrində də iğtişaşlar olub. Dalston küçəsində isə barrikadalar quran aksiya iştirakçılarına Kinqslend-roudda, Raşan Çarlzın tutulduğu küçədə yürüş edənlər qoşulublar.(virtualaz) Teqlər : #Londonda ara qarışdı: dükanlar qarət olunur,#maşınlar yandırılırVİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müqəddəs Məkkə və Mədinə şəhərlərini birləşdirən yüksək sürətli qatarın sınağı keçirilib - FOTO Rusiya ABŞ-dan olan 755 diplomatı ölkədən çıxarır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO