Məscidi Əqsaya giriş üçün kişilərə yaş məhdudiyyəti qoyuldu 18 Sentyabr 2015 01:00 Fələstin Sionist rejimin polisi bu gün cümə namazı üçün belə bir addım atacağını açıqlayıb Maide.az-ın məlumatına görə, İsrail rejimi radiosu xəbərində, polisin Məscidi Əqsaya namaz qılmaq məqsədilə girmək istəyən 40 yaşdan aşağı kişilərə məhdudiyyət tətbiq edəcəyini bildirib. Sözügedən qərar polis rəisi Moshe Edrinin rəhbərliyi ilə keçirilən toplantıda verilib İsrail rejiminin Məscidi Əqsaya qarşı pozuntuları etirazla üzləşdiyi bir vaxtda, Fələstinli siyasətçi və ekspertlər İsrailin artan pozuntularının əsas hədəfinin Məscidi Əqsa kompleksinin mövcud hüquqi statusunu dəyişdirmək və buranı yəhudlərlə müsəlmanlar arasında bölmək olduğunu bildiriblər. Qüdsdə yerləşən Məscidi Əqsa kompleksi müsəlmanların ilk qibləsi hesab edilir. Sionist mühacirlər içində Qiblə Məscidi ilə Kubbətus Səhra Məscidi ilə yanaşı, muzey, mədrəsələr və böyük həyətin olduğu bu kompleksin altında Həzrəti Süleyman peyğəmbərin məbədinin qalıqlarının olduğu inancı ilə qazıntı işləri aparırlar. Teqlər : #Məscidi Əqsaya giriş üçün kişilərə yaş məhdudiyyəti qoyuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Misir Qəzza tunellərini su ilə doldurur İsrail rejiminin hədəfində bu dəfə valideynlər var
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar