Məkkədə izdiham yaranıb, 18 nəfər xəsarət alıb

Məkkədə izdiham yaranıb, 18 nəfər xəsarət alıb

Səudiyyə Ərəbistanının Məkkə şəhərində izdiham yaranması nəticəsində 18 nəfər xəsarət alıb.
 
Maide.Az-ın məlumatına görə, bu barədə  “Anadolu”xəbər agentliyi məlumat verir. Xəbərdə bildiriir ki, bunu Məkkə Səhiyyə Təşkilatının sözçüsü Hamid əl-Maliki bildirib.
 
Onun sözlərinə görə, müsəlmanların sayının çoxalması səbəbindən Kəbə ətrafındakı “Dar Tevhid” hoteli yaxınlarında insanlar boğulmaq təhlükəsi ilə üzləşib: “Həkimlər 18 nəfərə tibbi yardım göstəriblər və onların səhhəti yaxşıdır”. /

Google+ WhatsApp ok.ru