Məşhur futbolçular həbs edilir

Məşhur futbolçular həbs edilir

FETÖ işinə görə barələrində həbs qərarı çıxarılan futbolçuların məhkəməsi olub.
 
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, sabiq "Qalatasaray"lı futbolçular Uğur Tütüneker, İsmayıl Demir və Arif Erdem haqqında FETÖ / PDY istintaqı daxilində irəli sürülən iddianamə bu gün Ağır Ceza Məhkəməsi tərəfindən qəbul edilib.
 
Qeyd edək ki, digər iki futbolçudan fərqli olaraq Arif Erdem hələ də ələ keçməyib.
 
İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil cinayətlər Bürosu müstəntiqi Mehmet Şenay Bayqın tərəfindən sabiq futbolçular Arif Ərdəm, Uğur Tütüneker və İsmail Demir barəsində "Terror təşkilatı üzvü" cinayəti ilə 15 ilə qədər həbs cəzası istənilib. /

Google+ WhatsApp ok.ru