Mahşəhr  neft-kimya zavodundakı yanğında alovun hündürlüyü 5 metrə çatır- FOTO

Mahşəhr neft-kimya zavodundakı yanğında alovun hündürlüyü 5 metrə çatır- FOTO

Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, İranın Mahşəhr limanındakı  "Bu Əli Sina" neft-kimya zavodunda güclü yanğın baş verib. 

Maide.Az bildirir ki,  Zavodda iki gün öncə  baş verən yanğın ötən gün səhər saatlarında tam söndürülüb. Buna baxmayaraq, günorta saatlarında yenidən yanğın başlayıb. Hazırda yanğının  alovlarının hündürlüyü 5 metrə çatır.3  gündür davam edən yanğını söndürmək üçün bütün imkanlar səfərbər olub.
 
Mahşəhr  İranın  neft-kimya sənayesi qütbüdir və İranın ən isti şəhərlərindən biridir. Bu baxımdan yanğını  söndürmək  çox əhəmiyyətlidir.  
 
 
 

 

 

 

Google+ WhatsApp ok.ru