Malaviya müsəlmanları çoxuşaqlılığa qoyulan qadağaya etiraz edirlər 28 Noyabr 2014 02:00 Dünya Malaviyada müsəlman azlıqlar icması bildirib ki, müsəlmanların çoxalmasının qarşısını almaq məqsədi ilə çoxuşaqlılığa qoyulan istənilən qadağalara etiraz edəcəklər. Maide.az-ın məlumatına görə, müsəlmanların lideri, ölkə ali müsəlman hakimiyyətinin baş katibi Şeyx Qassim Çonqolo iddia edir ki, İslam gələcək nəsilə qayğı ilə yanaşır, amma bunun üçün ailədə uşaqların sayını azaltmaq nəzərdə tutulmur. Qeyd edək ki, son illər ərzində Malaviya əhalisi iki dəfə artaraq 16 milyon insan təşkil edir. Malaviya Ailə Planlaşdırma Assosiasiyasının proqnozlarına əsasən, 2040-cı ildə əhalinin sayı 40 milyona çatacaq. Assosiasiyadan bununla əlaqədar olaraq, "Əhalinin artma tempi sağlamlığa, təhsilə, ölkənin iqtisadi inkişafına və kənd təsərrüfatına mənfi təsir edir. Çoxsaylı əhali sosial xidmətlərin də işini çətinləşdirə bilər. Əhalinin yüksək templə artması kifayət qədər ciddi problemdir və narahatçılıq doğurur. Əhali sayının 16 milyona çatması yoxsulluğu sürətləndirir. Bu problemi düşüncə ilə tez bir zamanda həll etmək vacibdir. Əgər bu qanun effektiv olarsa, bütün ölkə əhalisi ona riayət etməlidir, nəinki bir qism əhali", - deyə bildirilib. Teqlər : #Malaviya müsəlmanları çoxuşaqlılığa qoyulan qadağaya etiraz edirlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Meksikada növbəti vəhşət: 11 başı kəsilmiş meyit İtaliyada 1 milyon saxta avro aşkarlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO