İmam Rzanın (ə) şəhadəti münasibətilə milyonlarla zəvvar Məşhəd şəhərinə axışır 25 Oktyabr 2019 06:46 Dünya 27-Oktyabr - 28 səfər - İslam Peyğəmbərinin (s) rehləti və 29-Oktyabr - 30 səfər - İmam Rzanın (ə) şəhadəti münasibətilə dünya ölkələrindən və İranın daxili bölgələrindən milyonlarla zəvvar matəm məclislərindədə iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə axışır. Maide.Az "Farsnews" xəbər agentliyinə istinadla xəbər verir ki, matəm günü Məşhəddə İmam Rzanın (ə) hərəminə çatmaq üçün müxtəlif minik vasitələri ilə səfər edən zəvvarlarla yanaşı , piyada gələn zəvvarlar da var. İmam Rzanın (ə) şəhadəti münasibətilə piyada yola düşən zəvvarların yorğunluqlarını almaq üçün yol boyu müxtəlif şəhərlərdə insanlar istirahət çadırları qurublar və ehsanlar verirlər. İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhəd şəhərinə 3 milyondan artıq zəvvarın gəlməsi gözlənilir. Məşhəd şəhərinin merinin müavini Əlirza Səhragərd bildirib ki, hazırda İmam Rzanın (ə) zəvvarlarını qarşılamaq üçün Məşhəd şəhərində fövqəladə hazırlıq işləri görülüb. “Mazandaran, Xuzestan, Gülstan və Xorasan əyalətlərində müxtəlif şəhərlərdə İmam Rzanın (ə) zəvvarlarını qarşılamq və onların rifahını təmin etmək üçün xidmət çadırları qurulub.” O bildirib ki, Məşhəd şəhərində 20 xidmət qərargahı yaradılıb. Xidmət qərargahlarından 2-si xanımlara xidmət etmək üçün ilk dəfə fəaliyyət göstərəcək. Teqlər : #İmam,#Rzanın,#(ə),#şəhadəti,#münasibətilə,#milyonlarla,#zəvvar,#Məşhəd,#şəhərinə,#axışır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hicablı idmançı dırmanma üzrə dünya rekordunu yeniləyib Peyğəmbərinin (s) rehləti və İmam Həsənin (ə) şəhadəti münasibətilə İngiltərədə əza məclisi keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO