`İmam Xomeyni əsl Məhəmməd İslamını amerikan İslamına qarşı qoydu`(ƏLAVƏ OLUNUB)

Ali Lider Ayətullah Seyyid Əli Xamenei bu gün Tehranda İmam Xomeyninin  (r.ə) vəfatının 26-cı ildönümü münasibəti ilə keçirilən anım mərasimində çıxışında bildirib ki, İmam Xomeyninin fikri məktəbində istibdad və zalım qüvvələrlə ziddiyyət birinci sözü deyir və bu, o məsələdir ki, İran xalqı da onu duyur və müsəlman və qeyri-müsəlman xalqlar da onu hiss edirlər.
Maide.az xəbər verir ki, Ayətullah Xamenei çıxışının əvvəlində İmam Zaman(əc)-in mübarək mövlud günü münasibəti ilə təbrik edib və inqilabın dahi banisinin xatirəsini yad edib.  
Ali Lider Ayətullah Xamenei bildirib ki, İmam Xomeyni, “Bu diyarın tarixi və İslam Dünyası”nda misilsiz dəyişikliyin yaradılması yolunda, çürümüş və yanlış monarxiya rejimini devirdi və İslamın hakmiyyəti dövründən sonra İslama söykənən ilk hökuməti formalaşdıraraq, var gücü ilə Allah yolunda cihad haqqını yerinə yetirdi.”
Ayətullah Xamenei deyib ki, İmam Xomeynidə mövcud olan ən önəmli məsələ əsl Məhəmməd (s) İslamının sübutu və amerika İslamının rədd olunmasıdır. "İmam Xomeyni əsl Məhəmməd (s) İslamını amerika İslamının qarşısında qoydu."
Ayətullah Xamenei Amerika İslamının  nə olduğunu açıqlayıb və bildirib ki,  Amerika İslamının bizim zamanımızda,  İmam Xomeyninin zamanında və bütün zamanlarda iki qolu var və onlardan  biri  sekular İslam, digəri isə irticaçı İslamdır. "Buna görə, İmam Xomeyni sekular təfəkkürə malik olan , yəni dini, cəmiyyəti və insanların ictimai rəftarını İslamdan ayrı görmək istəyən kəsləri daim dinə qarşı çıxanlar kimi görürdü. İrticaçı ,  yəni yanlış əsaslara söykənən təəssübkeş və yeni fikirli insanlar üçün anlaşılmaz olan şəxsləri, geridə qalmış baxışa malik olan insanlar sırasında qərar verirdi. İmam bunların hər ikisini daim bir-birinin kənarında qeyd edirdi."
 Ayətullah Xamenei bildirib ki, bu gün də yaranmış İŞİD, Əlqaidə və onlar kimi digər cərəyanlar Amerika və İsrail tərəfindən dəstəklənirlər, bu cəryanlar İslam adı ilə , lakin əməl, fiqh və islami şəriətdən uzaqdırlar. 
Ayətullah Xamenei, İmam Xomeyninin (r.ə) sözün əsl mənasında, ictimai ədalət tərəfdarı olduğunu vurğulayıb deyib ki,  İmam (r.ə.) bir tərəfdən, yoxsulluğun kökünün kəsilməsini vurğulayar, digər tərəfdən də məsul şəxslərə saray həyatı və təmtəraqlılıq barədə xəbərdarlıq edərdi. 
AyətullahXamenei İmam Xomeyninin (r.ə)  zalımlarla barışmaz olduğunu vurğulayıb və  Amerika üçün “böyük şeytan” terminini İmam (r.ə.) tərəfindən qəribə bir ixtira adlandırıb və bildirib: “Böyük şeytan”ın təbirinin mərifət və elmi cəhətləri olduqca çoxdur, zira bir kəsə şeytan ləqəbi verilərkən rəftar, davranış və emosiyalar onun “şeytani xüsusiyyəti”ndə olmalıdır. 
Ayətullah Xamenei, İmamın (r.ə) bu məntiqi çərçivəsində, region və dünyanın bugünkü hadisələrini təhlil etməyin mümkün olduğunu vurğulayıb. “Biz bu gün İraq və Suriyada İŞİD-in vəhşicəsinə və zalımcasına rəftarları ilə müxalif olduğumuz qədər Amerika federal polisinin bu ölkə daxilindəki zalımcasına rəftarı ilə də müxalifik və hər iki rəftarı eyni bilirik. Biz Qəzzənin məzlum əhalisinin zalımcasına mühasirəsi ilə müxalif olduğumuz qədər Yəmənin sığınacaqsız xalqının bombardman edilməsi ilə də müxalifik; “Bəhreyn xalqına qarşı sərtliklə müxalif olduğumuz qədər Amerikanın pilotsuz təyyarələrinin Əfqanıstan və Pakistan xalqlarına qarşı hücumları ilə də müxalifik.” 
Ali lider əlavə edib ki, “Biz İmamın (r.ə)  açıq məntiqi çərçivəsində məzluma tərəfdar və zalımla müxalifik. Elə buna görədir ki, Fələstin məsələsi İran İslam Respublikası üçün əsas bir məsələdir və heç zaman Quruluşun gündəmindən çıxmayacaq”
Ayətullah Xamenei məzhəbi və etnik təfriqəsalmanı düşmənin qəti siyasətlərindən biri adlandırıb və bildirib ki, bu fitnənin qarşısında İslam Respublikasının baxışı, “ümmətyaradan” baxış və İslam Ümmətinin reallaşması istiqamətindədir və İran bu əsasda şiə Hizbullah qardaşlarla malik olduğu əlaqələr kimi, sünni məzhəbli fələstinli qardaşlarla da əlaqələrə malikdir. 
Ayətullah  Xamenei Amerikanın ikinci dərəcəli amilləri tərəfindən “şiə hilalı” planı, həmçinin Amerikanın İraq və Suriyada İŞİD kimi terror cərəyanlarına kömək etməsini zalım qüvvələrin məzhəbi təfriqəsalma siyasətinin faktlarından biri adlandırıb və bildirib ki, hamı, həm sünni, həm də şiə diqqət yetirməlidir ki, düşmənin oyununa uymasın.
Ayətullah Xamenei deyib ki, həm Amerikanın himayə olunduğu sünni, həm də Londondan dünyaya ixrac edilən şiə- onların hər ikisi şeytanın qardaşı və zalım qüvvələr və Qərbin amilidir.  /
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru