Marneulidə azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib 06 Aprel 2015 01:00 Dünya Martın 5-də azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Ermənistanla sərhəd zolağında yerləşən Ulaşlı kəndində etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları rayon rəhbərliyindən mal-qara üçün örüş sahəsi tələb ediblər. Onlar əvvəllər kəndə məxsus olan 350 hektar örüş sahəsi və bir çox torpaq sahələrinin 2010-cu ildə rayon bələdiyyəsinin deputatı Rauf Bəkirov və digər şəxslər tərəfindən biçənək sahələri kimi qanunsuz özəlləşdirildiyini bildiriblər. Marneuli rayon icra hakimiyyəti başçısının müavinləri Temur Beridze və Kamandar İsmayılov, həmçinin Vahid Milli Hərəkat Partiyasının Marneuli rayon şöbəsinin rəhbəri Əhməd İmamquliyev Ulaşlı kəndinə gedərək sakinlərlə görüşüblər. Ə. İmamquliyev bir qrup kənd sakini ilə birlikdə sərhəddə yerləşən sahəyə baxış keçirib. Marneuli rayon icra hakimiyyətinin nümayəndələri kənd sakinlərinə torpaq sahələrinin özəlləşdirilməsi məsləsinin yenidən yoxlanacağını və onlara rəsmi şəkildə cavab veriləcəyini bildiriblər. Teqlər : #Marneulidə azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda “probka” yox imiş? Yox, Bakı “probka indeksi”ndə yoxdur İŞİD Mosulun Hadra antik şəhərini dağıtdı - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO