Meksikada zəlzələdən ölənlərin sayı 90-a çatıb

Meksikada zəlzələdən ölənlərin sayı 90-a çatıb

Meksikanın daxili işlər nazirliyi bildirir ki, ölkənin cənub rayonlarında baş vermiş zəlzələdə ölənlərin sayı 90-a çatıb.
 
Nazirliyin sentyabrın 10-da yaydığı bəyanata görə, “onlardan 71-i Oaxaka, 15-i Çiapas, dördü Tabasko ştatlarında dünyasını dəyişib”.
 
Seysmoloqlar sentyabrın 7-də baş vermiş zəlzələnin gücünün 8,2 bal olduğunu deyirlər.
 
Buna da bax:​ “İrma” qasırğası Floridanın cənub sahillərinə çatıb
 
Sentyabrın 10-da zəlzələ zonasında xeyli adam evlərindən bayırda gecələyib, onlar afterşoklardan ehtiyatlanıblar.
 
ABŞ Geologiya Mərkəzi 4,5 bal və daha artıq gücdə 60-dək afterşok hesabladığını bildirib.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru