Minlərlə yəhudi Nyu Yorkda sionizmə etiraz etdi

Minlərlə yəhudi Nyu Yorkda sionizmə etiraz etdi

İsrail rejiminin varlığını qəbul etməyən ABŞ və Kanadadan minlərlə ortodoksal yəhudi Nyu Yorkun Queens bölgəsindəki "Artur Ashe" stadionunda aksiya keçiriblər. 

Toplantıda yəhudi cəmiyyəti liderləri çıxışlarında İsraili sərt şəkildə tənqid ediblər. 

 Gecəni təşkil edən Bruklin bölgəsi camaatının ravvini Çim Lefkovit, İsrail rejiminin dini təlimlərə qarşı olduğu üçün hərbi xidmət keçmək istəməyən ortodoksal yəhudiləri orduya çağırmaq məsələsində son illərdə təzyiqləri artırdığını bildirib: 

 "İsrail rejimi dini qəbul etmədiyi üçün hər hansı prosesdə iştirak etmək istəmirik. Buna görə də təhsil müəssisələrinə ayrılan yüz milyonlarla dollarlıq İsrailin köməyini könüllü olaraq rədd edirik. Ölkədəki məktəbləri maliyyələşdirmək üçün dünya miqyasında yardım kampaniyasına başlatmışıq. Burada İsraildəki qardaşlarımızla həmrəylik nümayiş etdirmək və təhsil müəssisələrinə maddi dəstək vermək üçün toplaşmışıq".   

Çim Lefkovits, işğal olunmuş ərazilərdə ortodoksal yəhudi camaatının mühüm bir qisminin bu həftə keçirilən parlament seçkilərini boykot etdiyini xatırladaraq, İsrailin hər hansı bir prosesində yer almaq istəmədiklərini dilə gətirib.   

"Sionizmə qarşı olan bizlər ilə sionist İsrail havadarları arasında bu dava on illərdir davam edir. Tövratın həqiqi təliminə bağlı ortodoksal yəhudilər, yəhudi dininin millətçi ya da bənzəri tərkibdəki bir dövlət formasına qarşıdır. Yəhudilərə Allaha və dinə sədaqət göstərərək yəhudi olmayan qonşuları ilə sülh və harmoniya içində yaşamaq əmr olunub. Həqiqi yəhudi dini ilə sionist ideologiya heç vaxt bir araya gəlməyəcək", - deyə Çim Lefkovits əlavə edib. 

 Lefkovits, İsrail rejimi qurulmadan əvvəl əsrlər boyu Fələstində digər icmalarla birlikdə sülh içində yaşadıqlarına işarə edərək, ABŞ prezidenti Donald Trampın yəhudilər adından danışmağa haqqı olmadığnı vurğulayıb. /eastnews.org/

Google+ WhatsApp ok.ru