Minsk ətrafında vəhabilərə qarşı əməliyyat, 20 nəfər saxlanılıb

 Belarusiyanın paytaxtı Minsk şəhərinin ətrafında vəhabilərə qarşı əməliyyat keçirilib.

İslamazeri.az-ın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, Belarusiya Milli Təhlükəsizlik Nazriliyinin mətbuat xidmətinin rəhbəri  Artur Strex bu əməliyyat barədə açıqlama verib.
O bildirib ki, Minsk ətrafında yerləşən kəndlərin birində qanunsuz dini ayinlər təşkil edən 20 vəhabi Daxili İşlər və Milli Təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyat-tədbirləri nəticəsində həbs ediliblər.
Həbs edilənlərdən 8-i ərəb ölkələrindən gələn misioner əcnəbi olub. Əcnəbilər  Belarusiyadan deportasiya edilib. Belarus vətəndaşı olanlarla isə profilaktik işlərin aparılmasına qərar verilib. /

 

Google+ WhatsApp ok.ru