Misirdə `Milyonluq qəzəb` çağırışı 01 Dekabr 2014 02:00 Dünya Misirin devrilmiş lideri Hüsni Mübarək üçün şənbə günü keçirilən məhkəmə iclasında çıxan qərar çevriliş əleyhdarlarının qəzəbinə səbəb olub. Dövlət Çevrilişinə Rədd və Legitimliyə Dəstək üçün Milli İttifaq Mübarəklə bağlı verilən qərara etiraz üçün aksiyaya çağırış edib. Maide.az xəbər verir ki, "Milli İttifaqdan"dan verilən yazılı açıqlamada, "Şəhidlərin haqqını qorumaq, devrilmiş lider Hüsni Mübarəkin və müavinlərinin bəraət qərarına qarşı çıxmaq, hədəflərə çatmaq və 25 Yanvar İnqilabının başa çatdırılması üçün sabah bütün azadlıq meydanlarında "Milyonluq qəzəb" adı altında aksiyaya dəvət edirik. Misir xalqını 25 Yanvardan bu yana can verən şəhidlərin hüquqlarını qorumaq üçün vicdanlarını oyatmağa, inqilab ruhunu canlandırmağa çağırırıq", - deyilir. Teqlər : #Misirdə `Milyonluq qəzəb` çağırışı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstinli qadın İsrail əsgərləri tərəfindən güllələnib Avstriyalı həkim islamafobiyaya etiraz olaraq hicab geyindi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO