Misirdə Əzhər Universitetindən 51 tələbə qovulub 29 Dekabr 2014 02:00 Dünya Maide.az xəbər verir ki, Misirin Əzhər Universiteti "zorakılıq hadisələrinə qarışdıqları" iddiası ilə 51 tələbə ilə yollarını ayırıb. Əzhər Universitetindən verilən yazılı açıqlamada, "Universitetdaxili zorakılıq hadisələrinə qarışdığı müəyyənləşdirilən 51 tələbənin məktəblə əlaqəsi tamamilə kəsilib. Beləliklə, ilin əvvəlindən məktəbimizlə əlaqələri kəsilən tələbələrin sayı 122-yə yüksəlib", - deyilir. Universitetdəki "Çevriliş Əleyhinə Tələbə Hərəkatı"nın nümayəndəsi Mahmud Əl-Əzhəri isə tələbələr haqqında verilən qərarı pisləyib. Əzhəri sözügedən qərarın tələbələrin "siyasi fəaliyyətə qoşulmaq haqları"na hücum xarakteri daşıdığını bildirib. Qeyd edək ki, Əzhər Universiteti "şəhərcikdə zorakılıq hadisələrinə qarışdığı" üçün 17 dekabrda da 71 tələbənin qovulduğunu bildirmişdi. Teqlər : #Misirdə Əzhər Universitetindən 51 tələbə qovulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsveçdə daha bir məscid yandırılıb Müsəlman Tələbələrin Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO