Misirdə bombalı hücumlarda ölü sayı 30-a yüksəlib

Misirin Sina yarımadasındakı Ariş şəhəri ilə Süveyş şəhərində təşkil olunan bombalı hücumlarda ölü sayının 30-a yüksəldiyi, 47 adamın yaralandığı bildirilir.
 
Maide.az xəbər verir ki, Sina Yarımadasının şimalında yerləşən Arişin Əs-Salam rayonunda həyata keçirilən 3 hücumda ölü sayı 29-a yüksəlib, 45 nəfər yaralanıb.
 
Süveyş şəhərində bir təhlükəsizlik məntəqəsi yaxınlığında təşkil olunan bombalı hücumda da 1 zabitin öldüyü bildirilir.
 
Misir dövlət televiziyası da xəbərində Sina Yarımadasındakı Şeyx Zuveyd şəhərində silahlı qrupun Əl-Cəvrə nəzarət məntəqəsinə təşkil etdiyi hücumda 2 əsgərin yaralandığını bildirib.
 
Hücumları Şeyx Zuveyd və Rifah bölgəsində yerləşən və Misir hökuməti tərəfindən terror təşkilatı kimi tanınan "Ənsar Beyt Əl-Makdis" təşkilatı üzərinə götürüb.

Google+ WhatsApp ok.ru