Misirdə Facebook pullu ola bilər 18 Aprel 2017 01:00 Dünya Dünyada məşhur sosial şəbəkələrdən olan Facebookdan istifadənin Misirdə pulla olması təklif edilib. Bunu Misir parlamentinin deputatlarından "Azad misirlilər" partiyasından Riyad Abdel Səttar təklif edib. Maide.Az xəbər verir ki, o iddia edib ki, sosial şəbəkələrin pullu olması nifrət, zorakılıq və ekstremizmlə mübarizədə səmərəli ola bilər. R.Abdel Səttar deyib ki, internetə nəzarətin olması milli təhlükəsizlik maraqlarına xidmət edir. Əgər misirli parlament nümayəndəsinin təklifi qəbul olunarsa, o zaman misirlilər Facebookdan istifadə üçün aylıq 11 dollar ödəməli olacaq. (islamtoday) / Teqlər : #Misirdə Facebook pullu ola bilər , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada xəstəxanada yanğın olub, 2 nəfər xəsarət alıb, 100 nəfər təxliyə olunub 2017-ci ilin sonunadək Tatatrıstanda İslami televiziya kanalı açılacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO