Misirli gənclər Məscidi Əqsaya dəstək üçün getdi

Misirli gənclər dünən cümə namazından sonra Məscidi Əqsaya dəstəyə gedib. Sionist işğal rejiminin Məscidi Əqsaya qarşı təzyiqini qınayan nümayişçilər edilən təcavüzlər səbəbi ilə susqun qalan Əzhəri də tənqid ediblər.
 
Maide.az-ın məlumatına görə, nümayişçilər qaldırdıqları şüarlarda Ərəb rejimlərini qınayıblar. Tez-tez "Ləbbeyk ya Əqsa! Canımız sənə fəda", "İsrailə ölüm!" şüarları da diqqət çəkib.
 
Misir rejiminin zindanlarında olan siyasi məhbusların da azad edilməsini istəyən nümayişçilərə müdaxilə edən Misir polisi gözyaşardıcılardan və dəyənəkdən istifadə edərək, nümayişçiləri dağıdıb, bir neçə nəfər isə həbs edilib.

Google+ WhatsApp ok.ru