Misir Qəzza sərhədindəki bufer zonanı iki dəfə artırıb

Maide.az-ın məlumatına görə, Misir rəsmi xəbər agentliyi "MENA"nın xəbərində bildirilir ki, baş nazir İbrahim Mihlibin Şimali Sinada yerləşən Rifah bölgəsindəki Qəzza sərhədində daha əvvəl 500 metrdən 1 kilometrə genişləndirilən tampon bölgənin 2 kilometr olaraq müəyyənləşdirilməsinə və rayonun azad edilməsinə qərar verib.
 
Xəbərdə bildirilir ki, həmin regionda yaşayanlar alternativ yaşayış məntəqələrinə köçürüləcək, qərar tabe olmayanların daşınmaz əmlakı isə müsadoirə ediləcək. 
 
Sözügedən qərar Misirin ötən ilin oktyabr ayından bu yana Qəzza sərhədindəki bufer zona məsələsində verilən 3-cü qərardır. 

Google+ WhatsApp ok.ru