Mitinqdə izdiham: 7 ölü, 40 yaralı

Pakistanda hökumət əleyhinə etirazlar davam edir

Pakistanın Multan şəhərində təşkil edilən mitinq izdihamı faciə ilə nəticələnib.

ANS PRESS-in məlumatına görə, Pakistanın cənubunda yerləşən Multan şəhərində hökumətə qarşı keçirilən mitinqdə 7 nəfərin öldüyü, 40 nəfərin isə yaralandığı bildirilir. Bir müddətdir davam edən etriaz aksiyalarına Pakistan Ədalət Hərəkatı (PTİ) sədri İmran Xan başçılıq edir. 

Ötən gün Multan şəhərində baş tutan mitinqdə o da iştirak edib və çıxışında xalqa səslənib. Elə izdiham da məhz onun çıxışından sonra baş verib. 

Mitinqdə yaranan izdiham nəticəsində çox sayda etirazçı xəsarət alıb. Yaralılar dərhal Nişter xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsi aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Bu barədə xəstəxanın həkimi doktor Aşiq də faktı təsdiqləyib. 

 

Google+ WhatsApp ok.ru