Mogerini İranın nüvə anlaşmasının əhəmiyyətini vurğuladı

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: İranın nüvə anlaşması regional təhlükəsizliyi artırır.
 
Maide.az-ın verdiyi məlumata görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini çərşənbə günü 7-lər Qrupunun xarici işlər nazirlərinin iclasının sonunda İranla nüvə anlaşmasının əhəmliyyətini vurğulayaraq bildirib ki, belə anlaşma İranın, həmçinin Amerika və region ölkələrinin xeyrinədir: "Yekun nüvə anlaşması tarixi bir fürsətdir və bu fürsət itirilməməlidir." 
 
İranla nüvə anlaşması ilə əlaqədar ABŞ Konqresinin mövqeyinə münasibət bildirən Mogerini əlavə edib ki, təkcə Amerika hökuməti deyil, Konqres də dərk edir ki, bu anlaşma bütün region və dünya ölkələrinin təhlükəsizlik mənafeyi ilə əlaqədə olan anlaşmadır. 
"İran və 5+1 Qrupu arasında nüvə müzakirələri gələn həftədən yenidən başlayacaq", - deyən Mogerini əlavə edib: "Detallar üzərində yaxşı işlənilməlidir. Çünki detalların hər birinin güclü siyasi xarakteri vardır."

Google+ WhatsApp ok.ru