Kanadada anormal istilər təxminən 30 nəfərin ölümünə səbəb olub

Kanadada anormal istilər təxminən 30 nəfərin ölümünə səbəb olub

Kanadanın Bernabi şəhərində son iki gündə isti hava səbəbindən təxminən 30 nəfər ölüb.
 
Bu barədə "CBC" telekanalı Kanada Polis İdarəsinə  istinadən məlumat yayıb.
 
Məlumata görə, meteoroloji xidmət Britaniya Kolumbiyası əyalətində rekord istilər qeydə almağa başladığı gündən polisə otuzdan çox ölüm hadisəsi barədə məlumat daxil olub.
 
"Ölüm hadəsilərinin əksəriyyətinin isti havadan qaynaqlandığı ehtimal edilir. Ölənlərin çoxu yaşlı insanlardır", telekanal polis idarəsi sözçüsünə istinad məlumat verir.

Google+ WhatsApp ok.ru