Moskvada halal otel fəaliyyətə başlayıb

Moskvada yeni fəaliyyətə başlayan AZIMUT Moscow Olympic Hotel halal sertifikata layiq görülüb
 
İslaminsesi Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Halal Friendly Hotels(Halal Dostluq Oteli) proqramına qoşulmaq üçün, mehmanxana lazımi sertifikatlaşmadan keçib. Oteldə iki ibadət yeri, hər otağın tavanında isə qibləni göstərən işarələr işarələnib.
 
AZIMUT Moscow Olympic Hotel otelinin rəhbərliyi qeyd edir ki, mətbəx və restoran əməkdaşları halal qidaların hazırlanmasında müvafiq təlimat keçib./

Google+ WhatsApp ok.ru