Moskva Mərkəzi Məscidi açılışa hazırdır

Rusiyanın paytaxtı Moskvada inşa edilən Mərkəz Məscidi 23 sentyabrda açılacaq.
Maide.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, məscidin müxtəlif rəng ornamentlərlə bəzədilməsi türk sənətkarlara tapşırılıb.
Nəqqaş Semih İrteş və xəttat Hüseyin Qutlu öz komadaları ilə məscidi 16-17-ci əsrlərə aid klassik Osmanlı sənəti üslubunda bəzəyiblər.
6 ildir həyata layihə şəklində həyata keçirilən məscidin mehrab, minbər, kürsü və digər detalları türk sənət ustaları tərəfindən dizayn edilib.
S.İrteş bildirib ki, məscidin bəzədilməsində istifadə edilən əşyalar Türkiyədən gətirilib.
Məlumata görə, məsciddə eyni vaxtda 10 min nəfər namaz qıla biləcək. Məscid-kompleks şəklində olan Moskva Mərkəz Məscidin müftilik binası və dinlə bağlı digər qurumlar da yer alacaq.
23 sentyabrda keçirilək açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimiz Putin və İslam ölkəlkərinin liderlərinin olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru