Moskva məhkəməsində atışma: Ölənlər var

Moskva məhkəməsində atışma: Ölənlər var

Moskva əyalət məhkəməsində atışma baş verib.
 
Bu barədə RİA-ya vəkil Sofiya Rubasskaya informasiya verib.
 
Vəkilin sözlərinə görə, hadisə yerində ən azı 20 atəş səsi eşidilib.
 
“Moskva əyalət məhkəməsində atışma baş verib. Əməkdaşlar yaralanıb. Qadın polis məmurunu yaralı vəziyyətdə gördüm”, - xanım vəkil bildirib.
 
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, bina tamamilə təxliyyə olunub.
 
 Keçmiş vəkil Diana Tatosova hücum zamanı 4 müttəhimin güllələndiyini bildirib.
 
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, atışma ilk olaraq müttəhimlərin liftə mindirilməsi zamanı baş verib. (axar.az) /

Google+ WhatsApp ok.ru