Mosulda partlayış: 30 nəfər həlak olub -YENİLƏNİB

Mosulda partlayış: 30 nəfər həlak olub -YENİLƏNİB

(təfərrüatlar əlavə olunub) 
 
Mosulun şərqində Kukcəli bölgəsində bomba qoyulmuş 3 avtomobilin partladılması nəticəsində 30 nəfər həyatını itirib. 
 
Maide.Az Sputnik xəbər agentliyinə istinadən xəbər verir ki,  təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, bu terror hadisəsində 60 nəfər də yaralanıb. 
 
Təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, həlak olanların əksəriyyəti uşaqlar və qadınlardır. 
 
Yaralananlar arasında  təhlükəsizlik qüvvələrinin də üzvləri var. 

Partlayışlar Mosulun şərqində “Rəhman” məscidi, bazar və stadionun yanında baş verib. 

İŞİD terror qruplaşması partlayışların məsuliyyətini üzərinə götürüb. 
 

Google+ WhatsApp ok.ru