Mosul dövlət televiziyasının binası İraq ordusunun nəzarətinə keçdi

Mosul dövlət televiziyasının binası İraq ordusunun nəzarətinə keçdi

Associated Press-in xəbərinə əsasən, İraqın ordu generallarından biri Mosulun şərq hissəsində yerləşən dövlət televiziyası binasının İraqın xüsusi qüvvələrinin nəzarətinə keçdiyini açıqlayıb.
 
İraqlı general Mosul dövlət televiziyası binasının ordunun əməliyyatlara başladığı gündən etibarən nəzarətə keçirdiyi ən mühüm bina olduğunu açıqlayıb.
 
Digər tərəfdən, İraq dövlət televiziyasına açıqlama verən general-leytenant Talib Kənanı ordunun Mosulun şərq hissəsindəki irəliləyişlərinə toxunaraq, belə danışıb: "Mosul azad edilməsi məhz indi başlayır".(deyerler)
 

Google+ WhatsApp ok.ru