Müsəlman bayramında müsəlmanların acınacaqlı durumu – FOTO

"Fitr bayramı", yəni İslam dininin və müsəlmanların böyük bayramlarından biridir. Müsəlmanların böyük bayramı olmasına baxmayaraq 1.6 milyardlıq müsəlman cəmiyyətinin böyük əksəriyyəti müharibə, aclıq, xəstəlik və kədər içindədirlər və çox acınacaqlı və cansıxıcı bir vəziyyətdə yaşayırlar.

Maide.az-ın Beynəlxalq Quran Xəbər (İQNA) agentliyinə istinadən verdiyi xəbərə görə, bu il də sionist rejimi mübarək Ramazan ayının gəlişi ilə həmzaman olaraq gecə ikən Qəzzəyə havadan hücumlarını başladı. Ramazan ayının ilk günlərindən bu regionun 1.8 milyonluq müsəlman cəmiyyəti gecə-gündüz qorxu, təşviş, nigərançılıq və əzizlərini itirdikləri üçün qəm-qüssə içindədirlər.

Sionistlərin isə hücumları dayanmaq bilmir və bu gün də davam edir, sonu isə bilinmir. Əksəriyyəti qadın və uşaqlar olan 1000-dən çox fələstinli şəhid edilmiş və 6000 nəfərdən çox fələstinnli  isə yaralanıb. Yaralıların da çoxu tibbi imkanların yoxluğu ucbatından ölüm ayağındadırlar. Çox sayda Qəzzəli havadan hücumlar nəticəsində ev-eşiklərini və yaşadıqları yerləri itirib.

Suriya

Suriyada 4 ildir ki, müharibə bitmək bilmir. Çox sayda dinc sakin yaralanmış və öldürülüb, 9 milyondan çox insan öz isti yuvasını tərk etmək məcburiyyətində qalaraq qaçqın düşüb. Suriyalılar, xüsusilə də qaçqınlar bu il çox acınacaqlı bir vəziyyətdə Fitr bayramını qarşılayıb.
 
 
İraq 
 
İŞİD (İraq-Şam İslam Dövləti) terror qruplaşması aylardır İraqın müxətlif şəhərlərində minlərlə insanı qətliam edib. Hələ hücumlara başladığı zaman İŞİD Səddam Hüseynin vətəni olan Tikrit vilayətində 1700 polis işçisini tək-tək güllələmişdi. Mosul, Kəlkük əyalətlərindən olan 500 mindən çox insan İraqın digər şəhərlərinə qaçqın düşüblər. Ağır şərtlər altında insanlar arasında tələfat olduğu bildirilir.

 

Bermə (Miyanmar)
 
Bermədə Ruhəngiya müsəlmanları 1982-ci ildə vətəndaşlıq hüququndan məhrum edilib və öz ana vətənlərində qeyri-qanuni mühacir kimi yaşayırlar. Elə o zamandan da ifratçı buddistlər bu azlıq təşkil edən müsəlmanların əleyhinə müxtəlif növ planlar cızır ki, onları ölkədən qovsunlar.
Son illərdə Bermə müsəlmanları buddistlər tərəfindən qanlı hücumlara məruz qaldılar, qətliam oldular. Çox sayda insan faciəli şəkildə öldürüldü və çoxları da qaçqın düşdü. Qaçqın düşmüş miyanmarlı müsəlmanlar hal-hazırda ölkə sərhədlərində çox acınacaqlı şəkildə yaşayır, buddistlər tərəfindən qul kimi istifadə olunur və ya insan üzvləri satan mafiyaların qurbanına çevirilirlər.
 
Mərkəzi Afrika respublikası
 
Bu ölkənin müsəlmanları keçən ildən başlayaraq ifratçı məsihilərin vəhşicəsinə hücumlarına məruz qaldılar. Məsihi yaraqlıları müsəlmanlara hücum edir, qadın və uşaqları öldürür, evləri və məscidləri dağıdır və yandırırdılar. Bu hücumlar nəticəsində minlərlə müsəlman öldürüldü. Ölkənin 4.6 milyonluq müsəlman cəmiyyətinin ən azı bir milyon nəfəri qaçqın düşdülər, hal-hazırda isə fəqr və fəlakətlə yaşayırlar.
 
Çin
 
Çində yaşayan türk dilli Uyğur müsəlmanları da Çin dövlətinin təzyiqləri altında əzabla yaşayırlar. Çinin Sin Kiyang (Şərqi Türküstan) əyalətində yaşayan 8 milyonluq cəmiyyəti olan Uyğur müsəlmanlar bu il Çində ən sadə oruc tutmaq hüququndan da məhrum edildilər.
Şərqi Türküstan 1955-ci ildən muxtariyyət və müstəqillik əldə etməsinə baxmayaraq hələ də Çinin təhlükəsizlik orqanları tərəfindən təqib olunurlar.
Çin rəsmiləri hər il Ramazan ayında müsəlmanlar əleyhinə yeni şiddətli qadağalar tətbiq edirlər ki, bu il də oruc tutmağı və Quran öyrətməyi qadağan etdilər.
 
Hind
 
Hindistanda təqribən 140 milyon müsəlman yaşayır ki, əksəriyyəti hindular olan bu ölkədə onların vəziyyəti hər gün ağırlaşmaqdadır. Bu ölkədə müsəlmanlara qarşı vəzifə, iş və dini məsələlərdə ayrıseçkiliklər tətbiq olunur. Onlar neçə illərdir ki, iqtisadi və siyasi təzyiqlərdən və acınacaqlı vəziyyətlərindən şikayət edirlər amma səsləri bir yerə çatmır. Bu ilin Ramazan ayında hindularla çəkişmələrdə 4 müsəlman öldürüldü. Keçən ay isə 45 müsəlman bu ölkənin Baş Nazirini himayə etmədikləri üçün öldürüldülər.
 
Anqola
 
Anqola dövləti 2013-cü ilin qış aylarında İslam dinini qeyri-qanuni elan etdi. Bu hadisədən sonra məscidləri tətil etdilər. Ölkənin mədəniyyət naziri "İslam" dinini "firqə" (kiçik tayfa) adlandıraraq qeyri-qanuni hesab etdi. Anqolanın İslam cəmiyyətinin verdiyi məlumata görə bu ölkənin 78 məscidindən paytaxt Luvandanın məscidi istisna olmaqla qalanlarının qapısı bağlanıb. /
 
 

 

 

 

Google+ WhatsApp ok.ru