Müsəlman qadın kanada hökumətini məhkəməyə verib

Kanadada niqab taxdığı üçün vətəndaşlıq andı içməyə icazə verilməyən Pakistan əsilli immiqrant qadın dövləti məhkəməyə verib.
 
Maide.az-ın timeturk xəbər saytına istinadən məlumatına görə,  Kanada Konstitusiyasının və İnsan Haqları Bəyannaməsinin bir bəndi olan din və inanc azadlığının pozulduğunu iddia edən Zunera İshaqın vəkilləri bu qadağanı tətbiq edən nazirin öz şəxsi ideologiyasını əks etdirdiyini bildiriblər.
 
Niqabın istənilən müsəlman qadın tərəfindən istifadə edilə bilən islamın vacib qaydalarından biri olduğunu deyən vəkillər bu qadağanı qoyan Kanadanın Federal miqrasiya və vətəndaşlıq naziri Ceyson Kenninin diktator kimi hərəkət etdiyini iddia ediblər.
 
Ceyson Kenni bu tənqidlərə Tvitter sosial şəbəkəsindəki şəxsi hesabından cavab verib. Tvitterdəki 37 min izləyicisindən qadağanı qoymaqla doğru hərəkət edib-etmədiyini soruşan nazirə lehinə və əleyhinə minlərlə cavab tviti gəlib.
 
Xatırladaq ki, Kanadanın Federal miqrasiya və vətəndaşlıq naziri Ceyson Kenni nazir olduğu 2011-ci ildən başlayaraq müsəlman qadınların vətəndaşlıq almaq üçün keçirilən andiçmə mərasimində niqab taxmalarına qadağa qoymuşdu. /

Google+ WhatsApp ok.ru