Müsəlman oldu və məktəbdən çıxarıldı

Fransada Paris şəhərinin  şərqində  məktəbdə təhsil  alan və İslamı yeni qəbul etmiş məktəbli qız, uzun paltar geyindiyi üçün məktəbdən çıxardılıb.
 
Maide.Az xəbər verir ki,  16 yaşlı məktəblinin adı elan olunmayıb.  Məktəb rəsmiləri  qızın geyimini bir növ İslami hicab olduğunu və 2004-cü ildə qəbul olunmuş qanuna  görə həmin geyimin məktəbdə qadağan olduğunu bildirib.
Həmin qanuna görə,  dini simvol o cümlədən  İslami hicab  məktəblərdə qadağan olunub.
 
Maraqlısı  budur ki,  uzun paltar moda üçün geyinilərsə  qadağan deyil  lakin əgər hicab kimi geyinilərsə  qadağandır.  
 

Google+ WhatsApp ok.ru