Müsəlmanlar əleyhinə təbliğat cəmiyyəti zəhərləyir 21 Fevral 2018 02:00 Dünya -- Parlament nümayəndəsi İngiltərə mətbuatını tənqid edib İngiltərə Parlameninin Lordlar Palatasının üzvü Barones Saida Varsi İngiltərə mətbuatını tənqid edib. Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, O, mətbuatda müsəlmanlar əleyhinə yazılan xəbərlərin cəmiyyəti zəhərlədiyini deyib. O, son zamanlar müsəlmanlara qarşı nifrət zəminində cinayətlərin artdığını vurğulayıb: "Vəziyyət 2011-ci ildən daha pisdir. Artıq hər gün İslamafobiya nümunələrini mətbuatda görə bilərik. Bu səbəbdən İngiltərədə müsəlmanlar həyatlarını qorxu içində keçirirlər". Saida Varsi hicablı qadınların da təzyiqlə üzləşdiyini söyləyib. O, baş nazir Tereza Mey və müxalifət lideri Ceremi Korbinə çağırış edərək müsəlmanların İngiltərəyə göstərdiyu faydalar haqqında çıxış etməsini istəyib. Qeyd edək ki, İngiltərədə 3 milyona yaxın müsəlman yaşayır. Teqlər : #Müsəlmanlar əleyhinə təbliğat cəmiyyəti zəhərləyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Arakanda müsəlmanlara qarşı qətliamın izləri aradan aparılır Hüquq müdafiəçisi Yəmənə müdaxiləni tənqid etdiyinə görə 5 il həbs aldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO