Müsəlmanlar və xristiyanların birgə Ərbəin toplantısı 17 Oktyabr 2018 09:57 Dünya Kenyada müsəlmanlar və xristiyanların Ərbəin ziyarəti toplantısı keçiriləcək. Maide.Az İQNA-a istinadla xəbər verir ki, Kenyanın paytaxtı Nayrubinin "Park Rud" rayonunda yerləşən şiə məscidində keçiriləcək bu mərasimdə tanınmış müsəlman və xrsitiyan ictimai xadimlər, nüfuzlu şəxsiyyətlər, mütəfəkkirlər, müəllim və tələbələr iştirak edəcək. Toplantı "İmam Hüseyn (ə) hərəkatı; ədalət, azadlıq və bütün bəşəri cəmiyyətlər üçün hüquqların bərpa edilməsi" devizi ilə səfərin ayının 20-də İmam Hüseynin (ə) Ərbəin günü (30 Oktyabr) keçiriləcək. Toplantının keçirilməsindən məqsəd İmam Hüseynin (ə) və vəfalı ənsarının Ərbəin mərasiminin əzadarlıq karvanları ilə həmrəylik etməkdir. Tədbir İran İslam Respublikasının Kenyadakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə keçiriləcək. Teqlər : #Müsəlmanlar,#və,#xristiyanların,#birgə,#Ərbəin,#toplantısı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərbəin zəvvarları İran-İraq sərhəddini 20 dəqiqəyə keçə biləcək Ərbəin zəvvarlarının daşınması üçün İran İraqa 500 avtobus göndərir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO