Muktəda Sədr: `Hərbi də daxil heç bir məsələdə ABŞ ilə əməkdaşlıq etməyəcəyik`

Muktəda Əs-Sədr ABŞ rəhbərliyi altındakı koalisiyanın İŞİD-ə qarşı hərbi müdaxiləsini rədd etdiklərini söyləyib.
 
Maide.az xəbər verir ki, Sədr İraq Məclis sədri Səlim Əl-Cuburiylə görüşdükdən sonra jurnalistlərə verdiyi açıqlamada İraq və Yaxın Şərqdəki prosesləri müzakirə etdiklərini bildirib. Tikritin azad edilməsində liderlik edən ordu və milislərə təşəkkür edən Sədr Tikrit xalqının evlərinə qayıtması və şəhərin yenidən abadlığı üçün çalışacaqlarını deyib.
 
ABŞ rəhbərliyi ilə İraqda İŞİD-ə qarşı əməliyyatları rədd etdiklərini bildirən Sədr, "Koalisiya qüvvələrinin iştirak etdiyi hər hansı bir hərbi əməliyyatda iştirak etməyəcəyik. Hərbi və heç bir mövzuda onlarla əməkdaşlıq olmayacaq" söyləyib.

Google+ WhatsApp ok.ru