Muqtəda Sədr: `Xalq qüvvələrinə qoşulan fitnəkarlara diqqət edilsin`

İraq Sədr qrupunun lideri Muqtəda Sədr İraq xalq qüvvələrinin adının qaralanmasına qarşı sərgilənən oyun mövzusunda xəbərdarlıq edib.
 
Maide.az xəbər verir ki, Sədr açıqlamasında bəzi terrorçuların xalq qüvvələrinə qatıldıqlarını və onların hədəfinin İŞİD olmayanı öldürmək olduğunu, bu yolda İraq Xalq Qüvvələrinin adının ləkələnməsini qarşılarına məqsəd qoyduqlarını söyləyib.
 
Muqtəda Sədr həmin qüvvələrin önbaşına şəkildə cinayət törətmələrinə və terror həyata keçirmələrinə icazə verilməməsi lazım olduğunu, çünki bunların İslama zərər verəcəyini bildirərək, bu şəxslərin aşkarlanaraq Xalq Qüvvələri tərəfindən təmizlənməsinə çağırıb.

Google+ WhatsApp ok.ru