Mustafa Kazimi: ABŞ koalisiyasının rolu İraqın suverenliyinin prinsipinə uyğun müəyyənləşdirilməlidir

Mustafa Kazimi: ABŞ koalisiyasının rolu İraqın suverenliyinin prinsipinə uyğun müəyyənləşdirilməlidir

İraqın Baş Naziri ABŞ koalisiyasının bu ölkədəki rolunun suverenlik prinsipi və İraqın prioritetləri əsasında müəyyənləşdirilməli olduğunu bildirib.   

Finlandiyanın Xarici İşlər naziri ilə görüşdə İraqın Baş Naziri Mustafa Kazimi ABŞ koalisiyasının İraqdakı rolunun İraqın suverenliyi prinsipi və ölkənin prioritetləri əsasında müəyyənləşdirilməli olduğunu söyləyib.   

O qeyd edib ki, Finlandiyanın İraqa siyasi, iqtisadi və təhlükəsizlik sahələrində verdiyi dəstəyi yüksək qiymətləndirirlər.

"İraq hökuməti terrorizmə qarşı Beynəlxalq Koalisiya çərçivəsində Finlandiya ilə təhlükəsizlik əməkdaşlığını davam etdirmək istəyir. Bu koalisiyanın İraqdakı rolu suverenlik prinsipinə və bu ölkənin prioritetlərinə əsaslanmalıdır. İŞİD-in İraq, bölgə və dünya üçün təhdid olmasının qarşısını almalıdır. Xüsusilə iki ölkə və İraq, ümumiyyətlə Avropa Birliyi arasındakı münasibətlərin gələcəyinə nikbinik", - deyə Mustafa Kazimi qeyd edib.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru