Myanmada  6.8 bal gücündə zəlzələ baş verib

Myanmada 6.8 bal gücündə zəlzələ baş verib

Amerika  Seysmoloji  Xidmət Mərkəzinin açıqlamasına görə, Myanmanın  mərkəzində Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib. 
 
Maide.Az xəbər verir ki, zəlzələnin mərkəzi  Miktila şəhərinin 143 kilometrliyində 84 kilimetr dərinlikdədir. Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat  yoxdur. 
 
Zəlzələ Taylandın Bankok şəhərindədə hiss olunub. 
 
Qeyd edək ki,  avqustun 24-də İtaliyanın mərkəzində 6,2 bal gücündə zəlzələ baş verib, azı 38 nəfər həlak olub. Zəlzələnin episentri Akkumoli, Amatris, Posta və Arquata del Tronto şəhərlərinə düşüb.
 
 
 
 

Google+ WhatsApp ok.ru