Myanmada müsəlmanlara qarşı zülmlər - Ispaniya qəzetində

İspaniyanın “El- Mondo” qəzeti Myanmada müsəlmanlara qarşı edilən qəddarlıq və vəhşilik yaqqında araşdırma yazı hazırlayıb.
 
Maide.az xəbər verir ki, İspaniyanın ikinci ən böyük qəzeti sayılan “El- Mondo” dərc etdiyi məlumatda bildirir: “Rəhbərliyində buddistlərin çoxluq təşkil etdiyi Myanma höküməti hələ də Rohinqya müsəlmanlarına qarşı rasizm siyasətini davam etdirir.   Myanmada noyabrda keçiriləcək parlament seçkilərindən qabaq müsəlmanlara qarşı   nifrət  ideologiyasının genişləndirilməsi ölkədə iğtişaşlara və zorakılığa gətirib çıxara bilər.”
 
Qəzet qeyd edir ki, Myanmada yaşayan 750 min müsəlman səsvermə hüququndan məhrumdur və Myanmanın hakim buddist rejimi ictimai iştirakın təmin edilməsində demokratiyanın aliliyinə qarşı çıxır.
Myanma höküməti müsəlmanlara vətəndaşlığın verilməsindən imtina edir və təkidlə vurğulayır ki, bu müsəlmanlar qeyri-qanuni miqrantlardır, halbu ki Rohinqya müsəlmanları onların min illər boyu Myanmada yaşadıqlarını bildirirlər.
 
Maynma İslam Mərkəzinin mütəfəkkirlərindən olan “Əl-Hac Ei Luin” deyib: Ranqun bölgəsində İslam prinsipləri ətrafında fikir ayrılığı milliyətçi buddistlərin və dini sektaların müsəlmanlara  qarşı apardığı təkrar qarşıdurmaların bir hissəsidir.
O əlavə edib ki, 8 noyabrda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, buddistlərlə müsəlmanlar arasında məzhəb toqquşmaları və zorakılıqlar artmışdır.
 
Rohinqya müsəlmanlarının qətliamını təsdiq edən faktlar
 
ABŞ-ın Yel Universitetinin Hüquq fakültəsi elan edib ki, Myanma höküməti tərəfindən Rohinqya müsəlmanlarına qarşı bilərəkdən soyqırım aktının törədilməsinə dair faktlar aşkar edib. “Universitetin  “Əl-Cəzirə” Araşdırmalar bölməsi öz araşdırmalarında Myanma rejimi tərəfindən Rohinqya müsəlmanlarına qarşı koordinasiya edilmiş şəkildə qətliam törədilməsi ilə bağlı faktlar aşkar edib.  Myanmada əldə edilən faktların, o cümlədən Əlcəzair höküməti və “Hüquq Müdafiə” qrupu tərəfindən təqdim edilən sənədləri və ifadələrin araşdırılmasına 8 ay vaxt sərf edib. Baş verən zorakılıq hallarının miqyasına, eləcədə Maynmalı siyasətçilərin Rohinqya müsəlmanları haqda danışıq tərzinə nəzər saldıqda, görürük ki,  soyqırım aktının həyata keçirilməməsi məqsədinin olmaması inanılmazdır.”
 
Universitetin açıqlamasında həmçinin bildirilir: “Əlcəzirə Araşdırma bölməsi və “Hüquq Müdafiə” qrupunun əldə etdiyi konkret sübutlar oniu deməyə əsas verir ki, Myanma höküməti öz siyasi məqsədləri üçün, myanmalılar arasında müsəlmanlara qarşı nifrət hissləri oyadan çıxışlar etməklə anti-islamçı iğtişaşlar stimullaşdırılması və öz hökmranlıqları uğrunda radikal buddist qruplara pul vermək vasitəsi ilə yerli zorakılıqların daha da alovlanmasına səbəb olub.” /
 
 

 

Google+ WhatsApp ok.ru