Myanma hökuməti müsəlmanların yenicə təmir etdiyi məscidi dağıtdı 10 Mart 2018 02:00 Dünya -- Məscid müsəlman əhalinin yığdığı ianə ilə təmir edilmişdi Myanmanın Arakan bölgəsində yenicə təmir edilmiş məscid hökumət rəsmilərinin göstərişi ilə dağıdılıb. Maide.az "İQNA"ya istinadən xəbər verir ki, hadisə Mumbaya şəhərinin Sambili kəndində baş verib. Məlumat üçün bildirək ki, məscid 2012-ci ildə müsəlmanlara qarşı kütləvi işgəncələr zamanı radikal buddistlər tərəfindən yandırılmışdı. Məscid daha sonra müsəlman əhalinin yığdığı ianə ilə təmir edilmişdi. Qeyd edək ki, Myanmada ifratçı buddistlər müsəlmanlara qarşı müxtəlif vaxtlarda kütləvi qırğınlar törədir. Xatırladaq ki, ötən il avqustun 25-dən etibarən Myanmada zülm və işgəncələr səbəbindən 690 min müsəlman Banqladeşə sığınıb. 350-yə yaxın isə müsəlman kəndi yandırılıb. Birləşmiş Millətlər Təşkilatı və Sərhədsiz Həkimlər Təşkilatının məlumatına görə, ordu və ifratçı buddistlərin hücumları nəticəsində 9 min müsəlman öldürülüb. 1970-ci illərdə Arakanda təxminən 2 milyon müsəlman yaşayırdı, lakin ifratçı buddistlrəin və Myanma ordusunun sistematik hücumlardan canlarını qurtarmaq bu rəqəm 350 mindən aşağı düşüb. Teqlər : #Myanma hökuməti müsəlmanların yenicə təmir etdiyi məscidi dağıtdı , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada Şeyx Zəkzəkiyə dəstək aksiyası keçirildi Bəhreyndə rejiminə qarşı etirazlar şiddətlənib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO