N.Heyli:  ABŞ Suriya prezidenti Bəşşar Əsədin seçkilərdə iştirakını istəmir

N.Heyli: ABŞ Suriya prezidenti Bəşşar Əsədin seçkilərdə iştirakını istəmir

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyir ki, Suriya prezidenti Bəşşar Əsədin seçkilərdə iştirakına qaşrıyıq. 
 
Maide.info xəbər verir ki, ABŞ bundan öncə Bəşşar Əsədin seçkilərdə iştirakı ilə razı olduğunu bildirsə də, mövqeyini dəyişərək indi bildirir ki, Suriya prezidentinin gələcək seçkilərdə iştirakını istəmir. 
 
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli keçirdiyi mətbuat konfransında dövlət katibi Reks U. Tillersonun Türkiyədə “düşünürəm Suriya xalqı özü B.Əsədin gələcək taleyi ilə bağlı qərar verməlidir”, çıxışına dair suala münasibət bildirərkən deyib ki, bunun anlamı bu deyil ki, Amerika B.Əsədin qarşıdan gələn seçkilərdə iştirakı ilə razıdır. 
 
N.Heyli iddia edib ki, Suriya xalqı B.Əsədin qüdrətdə qalmasını istəmir və Suriya prezidentinin “hərbi cinayətkar və sülhə qarşı maneə” adlandırıb. “Mövzu budur ki, xalq daha Əsədi prezident olaraq görmək istəmir. Bizim B.Əsədə heç bir marağımız yoxdur. Bunu açıq aşkar demişik. Biz düşünürük o sülh üçün ciddi maneədir və B.Əsəd hərbi cinayətkardır. Onun xalqı üçün gördüyü iş yalnız nifrət yaradıb”. /

Google+ WhatsApp ok.ru