Nəcəfdə tanınmış alim teror olundu

Nəcəf Əşrəfin tanınmış alimlərindən  olan höccətül-islam vəl müslimin Seyyid Cavad Əl-Əzari ötən gün təkfirçi terrorçular tərəfindən güllələnərək şəhid edilib. 
Maide.az İraq Mediasına istinadən məlumat verir ki,  mücahid alim ötən gün Nəcəf şəhərinin Əbu Talib məhəlləsində dostlarının birinin evindən çıxarkən terror olunub. O, yeddi güllə yarası alıb və şəhid olub. 
İraqın Dəvət Partiyasının məslul şəxslərindən olan Seyid Cavad Əl-Əzari Şəhid Ayətullah Seyyid Məhəmməd Baqir Sədrin şagirdlərindən olub və dini elmi hövzənin rəisi çalışıb.  O, həmçinin böyük alim, müctəhid Ayətullah Seyyid Kazim Hüseyni Hairinin yeznəsi olub. 
Qeyd edək ki, bundan öncə də şəhid Seyyid Cavad Əl-Əzariyə qarşı teror akı törədilmişdi , lakin terrorçular çirkin məqsədlərinə çata bilməmişdilər. şəhid C.Əl-Əzari bu gün Nəcəf şəhərində dəfn olunacaq. /
 

Google+ WhatsApp ok.ru