Naməlum şəxs Sarayevoda iki əsgəri güllələyərək intihar edib 19 Noyabr 2015 02:00 Dünya Naməlum şəxs Sarayevo şəhərinin bukmeyker kontorunda iki əsgəri güllələyib. Bundan sonra o, evinə gedərkən şəhərdaxili avtobusu da atəşə tutub. Hadisə nəticəsində şüşə qırıqları dəyən sürücü və iki sərnişin xəsarət alıb. Maide.az RİA Novostiyə istinadla xəbər verir ki, şəhər polisinin məlumatına görə, evə çatdıqdan sonra cinayətkar partladıcı qurğunu işə salaraq intihar edib. İnsident Sarayevo şəhərinin ətraf rayonlarının birində, ordu kazarmasının yaxınlığında baş verib. Hökumət təhqiqat başa çatmamış hadisəni terror aktı kimi qiymətləndirməkdən imtina edib. Buna baxmayaraq, Bosniya və Herseqovinanın Baş naziri Denis Zvezdiç baş verənləri “dövlətə hücum” kimi dəyərləndirib. İnsidentlə bağlı bütün ölkə ərazisindəki hərbi hissələrdə nəzarət rejimi gücləndirilib. Teqlər : #Naməlum şəxs Sarayevoda iki əsgəri güllələyərək intihar edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə fəaliyyəti barədə açıqlama yaydı Rusiya kanalına hücum, ölən var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO