Narkotik satıcıları ilə alıcıları arasında dava düşdü, 1 nəfər öldü və 10 nəfər yaralandı

İranda narkotik qaçaqmalçıları arasında  atışmada 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Maide.az xəbər verir ki,İranın Əndimeşk şəhərinin Baharıstan bölgəsində ötən gün günün ikinci yarısında  narkotik  satıcıları və alıcıları arasında  dava  düşüb və  odlu silahlardan  istifadə olunub. 
Atışma nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb. 
Polis  hadisə ilə bağlı 20 nəfəri həbs edib. 
Polis ərazini  nəzarətə götürüb. 
Əndimeşk şəhəri  İranın Xuzestan əyalətində yerləşir.  170 min əhalisi var. 
 

 

Google+ WhatsApp ok.ru