Navalnıy həbsdən çıxan kimi yenə tutuldu 24 Sentyabr 2018 01:00 Dünya Rusiya müxalifətinin lideri Aleksey Navalnıy 30 günlük həbsdən çıxan kimi yenidən saxlanılıb. Maide.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Navalnıyın siyasəti fəaliyyətini davam etdirən Leonid Volkov məlumat verib. Məlumata görə, müxalifət lideri aksiyaların birində bəzi şəxslərin yaralanmasında və əmlakların zərər görməsində ittiham edilərək saxlanılıb. L.Volkov Navalnıyın daha 20 gün həbs cəzası ala biləcəyini bildirib. Qeyd edək ki, o, yanvarda xalqı küçələrə səsləyərək pensiya yaşının yüksəldilməsinə etiraz etməyə çağırmışdı. Bu il ərzində iki dəfə 30 günlük həbs cəzasına məhkum edilib. Teqlər : #Navalnıy həbsdən çıxan kimi yenə tutuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Piratlar gəmini girov götürdü Şeyx Zəkzəkinin qızı: “Atam edam təhlükəsilə üzləşib”-VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO