İncildə şiddət 2 dəfə çoxdur

Mühəndis Tom Anderson müqəddəs kitabların hansının daha çox şiddət məzmunlu olduğunu müəyyən etmək üçün bir proqram hazırlayıb.
 
Maide.az-ın məlumatına görə, Anderson hazırladığı proqramın son nöqtəsini belə açıqlayıb: "Bu layihə son zamanlar terrorizmin İslamla əlaqəli olub olmadığı ətrafında gedən müzakirələrdən sonra İslamın digər dinlərlə müqayisə etmək məqsədilə ortaya çıxdı."
 
"Odin Mətni" adını verdiyi proqramda Anderson Qədim və Yeni Əhdi-Ətiqin beynəlxalq versiyasını və Qurani-Kərimin 1957-ci ildə çap olunmuş İngilis dilində tərcüməni istifadə edib.
 
Proqramın üç müqəddəs mətni axtarıb təhlil etməsi yalnız iki dəqiqə çəkib.
 
Analiz nəticəsində qədim "İncil"də yeni "İncil"ə nisbətən daha çox şiddət məzmunlu kəlmələrin olduğu ortaya çıxıb. Eyni araşdırmanın nəticəsi Qurani-Kərimdə 2 dəfə az olub. 
 
Anderson analizini "Üç müqəddəs kitab arasında ən şiddət məzmunlu olan Əhdi-ətiqdir" açıqlaması ilə yekun vurub. "Öldürmə və viran etmə yeni Bibliyada Qurani-Kərimdən açıq şəkildə daha çoxdur. Qədim Bibliyada bu məsələlərdən bəhs Qurani-kərimdən iki dəfə çoxdur" - deyib.

Google+ WhatsApp ok.ru