İndoneziyada 40 milyon nəfər sürüşmə təhlükəsi ilə üz-üzədir

İndoneziyada 40 milyon nəfər sürüşmə təhlükəsi ilə üz-üzədir

İndoneziyada yaşayan 256 milyonluq əhalisinin təxminən 40 milyonu sürüşmə təhlükəsindədir.
 
Maide.Az xəbər verir ki, İndoneziya Milli Fəlakət Rəhbərliyi Agentliyi (BNPB) ölkədə sürüşməyə meylli ərazilərdə təxminən 40 milyon insanın yaşadığını qeyd edərək, riskli ərazilərdə, ehtimal torpaq sürüşmələrinə qarşı ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
 
Hakimiyyətin sürüşmə riskinin yüksək olduğu bölgələrdəki yerli əhaliyə daha təhlükəsiz yer tapmasına baxmayaraq, bu ərazilərdə yaşayanların yoxsulluq və əksəriyyətinin əkinçiliklə məşğul olması səbəbilə mühacirət etmək təklifini rədd etdiyini bildirən BNPB, ölkə daxilində sürüşmə təhlükəsinə qarşı erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi və artırılması lazım olduğunu qeyd edib.
 
2017-ci ilin ilk 3 ayında 251 sürüşmə hadisəsi baş verib
BNPB, ölkədə 2017-ci ilin ilk üç ayında 251 sürüşməyin meydana gəldiyinə, sürüşməyin ilin bu dövründə ən sıx görülən təbii fəlakət olduğuna diqqəti çəkib.
 
Tropik iqlimə malik və musson yağışlarının təsiri altında olan İndoneziya, il əvvəlindən aramsız yağışlara təslim olub. (dunyabulteni) /

Google+ WhatsApp ok.ru