İndoneziyada 6 bal gücündə zəlzələ baş verib

İndoneziyada 6 bal gücündə zəlzələ baş verib

Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir
 
İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.
 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
 
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:13-də qeydə alınıb. Zəlzələnin episentri İndoneziyanın Palu adasından 148 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 522 kilometr dərinlikdə olub.
 
Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir. /

Google+ WhatsApp ok.ru